Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2022-ci ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Kotavan kənd sakinləri ilə keçirdi.

04 noyabr 2022 | 18:00

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və Kotavan kənd sakinləri iştirak edirdilər. Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov respublikamızda olduğu kimi Ağdaş rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi. Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər – kəndə təbii qazın çəkilməsi, maddi yardım, müvafiq işlə təminat, məcratəmizləmə işlərinin aparılması və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.

Keçidlər