Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2022-ci ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Ərəbocağı kənd sakinləri ilə keçirdi.

14 oktyabr 2022 | 17:01

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və Ərəbocağı kənd sakinləri iştirak edirdilər. Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov respublikamızda olduğu kimi Ağdaş rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi. Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər – təbii qazın təzyiqinin aşağı olması, maddi yardım, müvafiq işlə təminat, içməli və suvarma suyu ilə təminat və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.

Keçidlər