Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Dövlət Humanitar Kollecinin tələbəsi “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində şeir nominasiyası üzrə qalib adını qazanıb.

07 may 2022 | 13:31

Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi və yekun konserti keçirilib. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında 4 nominasiya üzrə (şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs) keçirilən müsabiqəyə 3000-ə yaxın tələbə qatılıb. Müsabiqədə peşəkar münsiflər heyəti tərəfindən 86 qalib seçilib. Qaliblər sırasında Ağdaş Dövlət Humanitar Kollecinin tələbəsi Əfsanə Dostuyeva da vardır. Şeir nominasiyası üzrə keçirilən müsabiqədə Əfsanə Dostuyeva respublika birincisi olub. Həmyerlimiz Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Təbrik edirik!

 

Keçidlər