Şriftin ölçüsü :

Saytın rəngi :

Abad kəndində hüzr mərasimi keçirilib.

24 oktyabr 2022 | 17:07

13-14 sentyabr Ermənistan-Azərbaycan sərhəddinin Laçın Kəlbəcər istiqamətində Erməni hərbi birləşmələrinin törətdiyi təxribatlar nəticəsində şəhidlik zirvəsinə ucalan Abad kəndində doğulub boya-başa çatmış Qurbanov Xəqan Daşqın oğlunun şəhadətə yüksəlməsinin 40 mərasimi keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nizami Heybətov, ictimaiyyətin nümayəndələri, rayon sakinləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.  Şəhidin ruhuna dualar oxunub, döyüş yolundan söhbət açılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər