Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə müşavirə keçirilmişdir.

05 iyun 2014 | 10:00

04 iyun 2014-cü il tarixdə Ağdaşda Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə müşavirə keçirilmişdir.
Tədbirdən öncə ümummlili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.
Sonra Müşavirə Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
Tədbirdə rayonun ictimaiyyət nümayəndələri, ziyalılar və din xadimləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Ağdaş  rayonu İcra hakimiyyətinin başçısı Tofiq İbrahimov açdı. Qeyd olundu ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində Azərbaycan ölkəmizin dini və mədəni müxtəlifliyinin bütün formalarına hörmət və təmkinlə yanaşan dünyada tolerant bir ölkə kimi tanınmışdır. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə ciddi uğurlar əldə edilmişdir.
Müşavirədə iştirak edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla millətlərarası, multikulturalizm və dini məsələlər sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji hədəfləri açıqlayaraq Azərbaycanda dilindən və dinindən asılı olmayaraq hər bir vətəndaşının hüquq və azadlıqlarının qorunduğunu qeyd etdi.
Müzakirələrdə fəal iştirak edən rayon ziyalıları və din xadimləri əldə olunmuş uğurlarla yanaşı öz təklif və istəklərini də bildirdilər.
Tədbiri rayon İcra Hakimiyyəti başcısı Tofiq İbrahimov yekunlaşdırdı.
Tədbirdən sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Ağdaş  şəhərində yerləşən Hacı İsmayıl məscidi ilə tanış olmuşdur.

Keçidlər