Şriftin ölçüsü :

Saytın rəngi :

Qolqəti kəndində qaz xətlərinin yenilənməsinə başlanıldı.

28 yanvar 2022 | 11:00

Zaqatala Regional Qaz İstismar idarəsi Ağdaş Xidmət Sahəsinin sifarişi ilə təmir-tikinti xidməti tərəfindən rayonun Qolqəti kəndində uzunluğu 35 kilometr olan qaz xətlərinin yenilənməsi layihəsi həyata keçirilir.
Layihə kəndin bütün ərazisini əhatə etməklə, yararsız vəziyyətdə olan xətlərin yenilənməsini təmin edəcək və mövcud itkilərin sayını əsaslı surətdə aradan qaldıracaqdır.
Hazırda təmir-bərpa işləri davam etdirilir.

Keçidlər