Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda internet infrastrukturunun yenilənməsi davam etdirilir.

17 sentyabr 2021 | 11:00

Son dövrlər ərzində rayonda telekommunikasiya infrastrukturunun ən son texnologiyalar əsasında yenidən qurulması işləri davam etdirilir.
Rayonda əhalinin genişzolaqlı-sürətli internet xidmətlərinə olan tələbatlarının ödənilməsi məqsədilə artıq bir sıra işlərə başlanılmışdır. 
Hazırda “Azeronline” şirkəti tərəfindən rayonun 7 yaşayış məntəqəsi - Xosrov, Sadavat, Tofiqi, Əmirmahmud, Mürsəl, Pirəyir və Cücük kəndlərində internet xətlərinin çəkilişi davam etdirilir.  Bu məqsədlə sözügedən yaşayış məntəqələrində rabitə dirəkləri basdırılmış, müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti-montaj işləri həyata keçirilməkdədir.
Yaxın vaxtlarda abunəçilərin internetə qoşulması üçün  müasir  avadanlıqların  istismara verilməsi nəzərdə tutulur.

Keçidlər