Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

22 yanvar 2014 | 11:00

"20 Yanvar” faciəsinin 24-cü ildönümü ilə bağlı Ağdaş rayon İcra Hakimiyyəti rayonda silsilə tədbirlər keçirmişdir. Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən rayonun ayrı-ayrı əmək kollektivlərində, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda anma mərasimləri, tədbirlər, “dəyirmi masa”lar keçirilmişdir. Eyni zamanda, rayon ərazisində yerləşən məktəblərdə 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin çəkdikləri rəsmlər nümayiş etdirilmişdir.
Rayonun şəhərdə yerləşən Şəhidlər Kompleksi, qəsəbə və kəndlərindəki şəhid məzarları və onların xatirəsinə ucaldılmış abidələr rayon ictimaiyyəti nümayəndələri tərəfindən ziyarət olunmuşdur. Dualar edilmiş və şəhidlərin xatirəsi ehtiramla yad olunaraq məzarları üstünə gül, çiçək dəstələri düzülmüşdür.
20 Yanvar 2014-cü il tarixdə saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində minlərlə rayon sakini iştirak etmişdir.

Keçidlər