Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə tədbir keçirilmişdir.

28 dekabr 2013 | 11:00

Tədbir 27 dekabr 2013-cü il tarixdə saat 11:00 –da Ağdaş şəhəri  “Ay İşığı“ şadlıq sarayında keçirilmişdir. Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Cavid Osmanov Rayon rəhbərliyi adından tədbir iştirakçılarını salamladı və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə Rayon ictimaiyyətini təbrik etdi.
O çıxış edərək qeyd etdi ki, 2013-cü il ictimai, siyasi, sosial, iqtisadi, mədəni hadisələrlə yaddaqalan il olmuş və ölkəmiz bütün sahələrdə böyük nailliyyətlər qazanmışdır.
Tədbirdə 2013-cü ildə rayonun ictimai-siyasi həyatındakı xidmətlərinə görə bir qrup şəxslərə hədiyyələr  təqdim olunmuşdur.
Tədbir bədii hissə ilə davam etmişdir.

Keçidlər