Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Gənclərin Sağlamlıq Festivalı keçirilmişdir.

18 iyul 2013 | 10:00

17 iyul 2013-cü il tarixdə Ağdaş Olimpiya İdman Kompleksində keçirilən Gənclərin Sağlamlıq Festivalına gənclər, ziyalılar və idman ictimaiyyəti nümayəndələri dəvət olunmuşlar.
     Tədbirdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin məsul nümayəndələri iştirak etmişlər.
     Tədbirdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və rayon İcra Hakimiyyətinin məsul nümayəndələri təbrik çıxışları etmiş, festivalın əhəmiyyətindən danışmışlar.
     Tədbir şən idman və musiqili-bədii proqramdan ibarət olmuş, festival zamanı bir necə ailənin müxtəlif idman estafetlərində yarışması keçirilmişdir. Festivalda Yeni ulduz mahnı müsabiqəsinin iştirakçılarının, Olimp rəqs qrupunun, Kapoeyra idman klubunun idmançılarının və yerli idman kollektivlərinin nümunəvi çıxışları təşkil edilmişdir.
     Sonda qalib idmançılar mükafatlandırılmış, tədbir konsert proqramı ilə yekunlaşdırılmışdır.

Keçidlər