Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 44-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

15 iyul 2013 | 10:00


Heydər Əliyev Mərkəzində keçirilən “Dəyirmi masa” tədbirinə rayonun rəhbər orqanların, ağsaqqalların, gənclərin və ictimai təşkilatların nümayəndələri dəvət olunmuşlar.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimov açaraq qeyd etdi ki, 1969-cu il iyul ayının 14-də Azərbaycan tarixində yeni siyasi mərhələnin təməli qoyuldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı zamanın ağır və sərt sınaqlarından uğurla çıxardı. Azərbaycanın  son otuz ildən artıq dövrünü əhatə edən tarixi taleyi ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı, qanunçuluğu bərpa etdi və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsil xilaskarı şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazdı.
Azərbaycanın müasir tarixi  Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi “Azərbaycanın gələcək uğurları Heydər Əliyevin siyasəti ilə bağlıdır. Bu siyasətə alternativ yoxdur. Yalnız bu siyasət Azərbaycanı uğurlu gələcəyə aparacaqdır”.
Digər çıxış edən natiqlər qeyd etdilər ki, ölkəmizin əldə etdiyi bütün nailliyyətlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsinin nəticəsidir.
Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev tərəfindən əsası qoyulan kurs uğurla davam etdirilir və ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Xalqımız böyük xilaskarını unutmur, onun parlaq ideyalarını yaşadır, əməllərini yüksək qiymətləndirir. Müstəqil Azərbaycanın inkişaf yolu davam edir, Heydər Əliyevin ideyaları ardıcıllıqla reallaşır və xalqı parlaq gələcəyə aparır.
“Dəyirmi masa” tədbirini rayon İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimov yekunlaşdırdı.

Keçidlər