Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda “2 fevral Gənclər günü” qeyd edildi.

02 fevral 2013 | 11:00

Tədbir 01 fevral 2013-cü il tarixdə saat 15:00-da Ağdaş şəhəri “Ay İşığı“ şadlıq sarayında keçirilmişdir. Tədbir iştirakçıları Heydər Parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər. Tədbirdə rayon ictimaiyyəti nümayəndələri, ziyalılar və 300 nəfər fəal rayon gənci iştirak etmişdir. Tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov açaraq gəncləri bu gün münasibəti ilə təbrik etdi və idarə tərəfindən 2012-ci ildə Gənclər və idman sahəsində görülmüş işlər barədə məlumat verdi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq İbrahimov geniş məruzə ilə çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən “Dövlət Gənclər siyasəti”ndən danışdı. O, bildirdi ki, rayonda gənclərin irəli çəkilməsi, onlar üçün daha gözəl şəraitin yaradılması istiqamətində bundan sonra da ardıcıl tədbirlər həyata keçiriləcəkdir.
Daha sonra müxtəlif nominasiyalarda fərqlənən gənclərə Ağdaş rayon İcra hakimiyyəti tərəfindən fəxri fərmanlar və hədiyyələr verildi.
Tədbirdə çıxış edən gənclərin nümayəndələri ölkəmizdə aparılan tikinti, quruculuq və abadlıq işlərini yüksək qiymətləndirmiş, gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq qeyd etdilər ki, cənab prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən düzgün və uğurlu siyasət nəticəsində Azərbaycan gəncliyi ölkənin inkişafında fəal iştirak edir və beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər.
Tədbir geniş konsert proqramı, müxtəlif viktorinalarla, rəqs müsabiqələri ilə davam etmiş və qaliblərə xatirə hədiyyələri təqdim olunmuşdur.
 

Keçidlər