Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş veteranlarının XIII konfransı keçirildi

21 oktyabr 2012 | 10:00

20 oktyabr 2012-ci il tarixdə Ağdaş rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə orqanları veteranları şurasının 13-cü konfransı keçirilib. Konfransı giriş sözü ilə Ağdaş rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə orqanları veteranları şurasının sədri Miralı Əliyev açaraq hesabat məruzəsi ilə çıxış etmişdir. Təftiş komissiyasının hesabatı dinlənildikdən sonra hər iki məruzə ətrafında çıxışlar olmuşdur.
Qeyd olunub ki, hesabat dövründə Ağdaş rayon Veteranlar Şurasının tərkibində 16 nəfər Böyük Vətən müharibəsi veteranı, onların dul qalmış 183 nəfər qadınları vardır. Onlar daim dövlər qayğısı ilə əhatə olunmuşlar. Konfrans təşkilatı məsələyə baxmış 29 nəfər şura üzvü, 9 nəfər heyət üzvü, 3 nəfər təftiş komissiyasının üzvü seçilmişdir.
Konfransın işində Respubika Veteranlar şurasının məsul nümayəndələri Adil Abışov və Yasəmən Möhübbətqızı iştirak və çıxış etmişlər. Konfransda Miralı Əliyev yenidən Ağdaş rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə orqanları veteranları şurasının sədri seçilib.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edilmişdir.
 

Keçidlər