Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda məktəb binalarının tikintisi davam edir.

29 avqust 2017 | 11:00

Yeni dərs ili ərəfəsində rayonda şagird yeri 100-dək olan, qəzalı duruma düşmüş Pirəyir, Yenikənd, Aşağı Zeynəddin və Qarasuqumlaq kəndlərində yerləşən azkomplektli təhsil müəssisələrində modul tipli məktəb binalarının tikintisinə başlanılmışdır.
Hazırda Qarasuqumlaq kəndində şagird yeri 96 nəfər olan məktəb binasının tikintisində özül hissənin inşası başa çatdırılmış, 10 otaqdan ibarət olan tədris korpusu üçün dəmir konstruksiyaların quraşdırılması işləri davam etdirilir.
Məktəb binasında aparılan quraşdırma işlərinin bir ayadək yekunlaşması nəzərdə tutulmuşdur.

 

Keçidlər