Şriftin ölçüsü :

Saytın rəngi :

İsrailin Azərbaycadakı səlahiyyətli səfiri Dan Stav Ağdaşa səfər etdi.

23 avqust 2017 | 11:00

23 avqust 2017-ci il tarixdə  İsrailin Azərbaycadakı səlahiyyətli səfiri Dan Stav Ağdaşa səfər etdi.
Tanışlıq məqsədi daşıyan səfər zamanı rayon İcra Hakimiyyətində səfirlə görüş keçirildi.
Keçirilən görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov səfirə Ağdaşın qədim tarixi, coğrafi mövqeyi, mədəniyyəti, elm xadimləri, adət-ənənəsi, rayon iqtisadiyyatının əsasını təşkil edən pambıqçılıq, baramaçılıq, çəltikçilik və rayonda yeni yaradılan sənaye müəssisələri haqqında geniş məlumat verdi.
Səfir Dan Stav ölkəsi ilə Azərbaycan Respublikası arasında siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın durmadan inkişaf etdirilməsi, respublikada tolerant mühitin yaradılmasının mühüm nailiyyət olduğunu diqqətə çatdırdı.
Daha sonra Ağdaşa səfəri çərçivəsində səfir Dan Stav  “Orelay” meyvə qurusu müəssisəsi, “Gilan” qarışıq yem emalı zavodu və tikilməkdə olan Biyan zavodu ilə yaxından tanış oldu.
Ağdaşın kənd təsərrüfatı, elm və təhsil sahələrindəki  potensialı  barədə səfirə məlumat verilməklə, rayona İsrailin investorlarının cəlb edilməsi imkanları müzakirə olundu, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fikir mübadiləsi aparıldı.

Keçidlər