Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü qeyd olundu.

14 iyul 2017 | 11:00

Ümummilli lider Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümü Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə qeyd edildi.
Tədbirdən öncə rayon ictimaiyyətinin nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gələrək tər çiçək dəstələri düzdülər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin xalqımızın taleyində böyük rol oynadığı,  ümummilli liderin apardığı islahatlar nəticəsində Azərbaycanın 1969-1982-ci illərdə  aqrar ölkədən hərtərəfli inkişaf edən sənaye ölkəsinə çevrildiyi, eyni zamanda bu müddət ərzində ölkəmizin keçmiş müttəfiq respublikalar arasında bütün fəaliyyət istiqamətləri üzrə daim öncüllər sırasında olduğu diqqətə çatdırıldı.
Müstəqilliyin ilk illərində ümummilli liderin hakimiyyətə təkrar qayıdışı isə Azərbaycanı parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdi.
Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dönəmləri ərzində Ağdaş rayonunun iqtisadiyyatı sürətlə inkişaf etmiş, onlarla sənaye obyektləri, emal müəssisələri işə düşmüş,  rayon ərazisində yüzlərlə kilometr yollara asfalt  örtük döşənmiş, onlarla müasir tipli təhsil, səhiyyə və mədəniyyət ocaqları,  yeni yaşayış binaları tikilmiş, rayon mərkəzi, qəsəbə və kəndlərin işıq,  qaz  və su təchizatı ilə bağlı problemlərinin həllində böyük dönüşə nail olunmuşdur.
Çıxışlarda vurğulandı ki, ulu öndər respublikaya rəhbərliyinin 34 ili ərzində 5 dəfə Ağdaş rayonuna səfər etmiş, onunla keçirilən unudulmaz görüşlər ağdaşlıların qəlbində silinməz izlər buraxmaqla, bu gün də məmnunluqla xatırlanır.
Tədbirdə qeyd edildi ki, ulu öndər Heydər Əliyev təkrar siyasi hakimiyyətə qayıdışından sonra titanik fəaliyyəti ilə  sevdiyi xalqına firavan,  dinamik inkişaf edən bir dövlət miras qoyub getmiş, onun böyük quruculuq missiyası  və dövlətçilik ənənələri möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Keçidlər