Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Respublika gününə həsr olunmuş tədbir keçirildi.

25 may 2017 | 11:00

 

25 may 2017-ci il tarixdə Ağdaş Dövlət Humanitar kollecində tələbə və müəllimlərin iştirakı ilə keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlandı. Azərbaycanın suverenliyi və  dövlət müstəqilliyi uğrunda  həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
  Tələbə və müəllimlər tərəfindən təqdim edilən məruzələrdə xalq cumhuriyyətinin müstəqillik tariximizdə böyük roluna toxunularaq qeyd olundu ki, 1918-ci ilin may ayının 28-də elan edilən İstiqlal bəyannaməsində qeyd olunan bəndlər bugünkü müstəqil Azərbaycanın dövlət quruluşunun əsasını təşkil edir.
  Çıxışlarda müsəlman Şərqində ilk demokratik respublikanın varlığını elan etmiş milli düşüncəli, milli təfəkkürlü  Vətən  övladları olan dövlət xadimlərinin  xatirəsi ehtiramla yad edildi.
Qeyd olundu ki, 71 il sonra  özünü  Azərbaycan Demokratik Respublikasının varisi hesab edən müstəqil Azərbaycan Respublikasının bu günkü səviyyəyə gəlib çatmasında ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur. Məhz böyük öndərin titanik səyləri nəticəsində Azərbaycan Respublikası parçalanma  və süqut etmək təhlükəsindən xilas oldu.
  Çıxışlarda  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli  sərəncamının mühüm əhəmiyyətinə toxunulmaqla, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  ölkəmizin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi,  Milli Ordumuzun yüksək döyüş qabiliyyətinin durmadan artırılması, iqtisadiyyatın dinamik inkişafı sahəsində görülən işlərdən bəhs edildi.
Tədbir boyunca  respublika gününə həsr edilən videoçarx nümayiş etdirilir, tələbələrin ifasında müxtəlif  kompozisiyalar  təqdim olunurdu.
  Tədbirin təşkilində fərqlənənlərin bir qrupuna fəxri fərmanlar təqdim olundu, dövlət bayramına həsr olunan tədbir “Koroğlu” operasının möhtəşəm uvertürasının səslənməsilə yekunlaşdı.

Keçidlər