Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda uşaq meydançasının açılış mərasimi keçirildi.

24 may 2017 | 11:00

23 may 2017-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, rayon İcra Hakimiyyəti,  Azərbaycanda fəaliyyət göstərən “Həyat sözü” icmasının təşkilatçılığı və maliyyə dəstəyi ilə Ağdaş şəhərindəki Molla Pənah Vaqif küçəsində yeni inşa olunmuş uşaq meydançasının açılış mərasimi keçirildi.
Tədbirdə Azərbaycanda multikultural dəyərlərə xüsusi önəm verildiyi qeyd olunmaqla, başa çatmış IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının parlaq qələbələr qazandığı diqqətə çatdırıldı. Qeyd olundu ki, Ağdaş şəhərində əhalinin sıx yaşadığı, eyni zamanda çoxmərtəbəli yaşayış binalarının qarşısında belə bir kompleksin açılması təqdirəlayiq olmaqla, uşaqların asudə vaxtının səmərəli təşkili və onlarda bədən tərbiyəsi və idmana olan marağın artmasında mühüm əhəmiyyət daşıyır.
Çıxış edənlər uşaq meydançasının ərsəyə gətirilməsində əməyi olan dövlət qurumları və qeyri-hökumət təşkilatlarının rəhbərlərinə minnətdarlıq hisslərini ifadə etdilər.
Açılış mərasimini bildirən rəmzi qırmızı lent kəsildi, meydança uşaqların istifadəsinə verildi.
Tədbirdə rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndələri, “Həyat sözü” icmasının sədri Rasim Xəlilov, “Dünya Ətrafında Uşaqlar” beynəlxalq təşkilatının vitse-prezidenti Kris Marşall iştirak edirdi.

Keçidlər