Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib.

10 may 2017 | 11:00

10 may  2017-ci il tarixdə  Ağdaşda  xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü böyük izdihamla qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının  rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edirdi.
Tədbirdə ulu öndərin abidəsi ziyarət olundu, rayon ictimaiyyəti adından abidənin önünə əklil qoyuldu, ulu öndərin əziz xatirəsi ehtiramla anıldı.
Rayonun bütün əmək kollektivləri, təhsil müəssisələrinin tələbə və şagirdləri, inzibati ərazi dairələrini əhatə  edən  sakinlər abidənin önünə tər güllər düzərək ulu öndərin əziz xatirəsinə  öz ehtiramlarını nümayiş etdirdi.
Tədbir başa çatdıqdan sonra  rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə rayon ərazisinin müxtəlif istiqamətlərində, rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısı və magistral avtomobil yollarının kənarında ağacəkmə aksiyası keçirildi.
Əvvəlcədən hazırlıq işləri həyata keçirilməklə, aksiya zamanı 3 mindən artıq ağac əkildi.

Keçidlər