Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “İslam Həmrəyliyi və zamanın çağırışı” mövzusunda konfrans keçirildi.

29 aprel 2017 | 11:00

12 aprel 2017-ci il tarixdə Ağdaş Dövlət Humanitar Kollecində rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi və zamanın çağırışı” mövzusunda konfrans keçirildi.
Çıxış edən natiqlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ili "İslam Həmrəyliyi İli" elan etməsinin dünyaya bir mesaj olduğunu vurğulayaraq, ölkəmizin tolerant və multikultural dəyərlərinin dünyaya nümunə olduğu kimi, "İslam Həmrəyliyi" çağırışının da bu sıradan olan növbəti humanitar hadisə kimi bütün diqqətləri yenidən Azərbaycana yönəlməsinə təkan verəcəyini qeyd etmişlər.
Tədbirdə vurğulanıb ki, Azərbaycanın siyasi və iqtisadi gücü bütün dünyada etiraf olunur və dünya ölkələri Azərbaycanın necə tolerant və sülhsevən bir ölkə olduğunu bilir.  “İslam Həmrəyliyi İli” yalnız dini mövqeyi deyil, həmçinin mənəvi və iqtisadi cəhətdən ölkələrin birgə əməkdaşlığına xidmət edən çağırış olacaqdır.
Tədbir dialoq şəklində davam etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

Keçidlər