Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 31 Mart-Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirildi

31 mart 2017 | 11:00

Rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Ağdaş rayonunun inzibati ərazi nümayəndəlikləri, əmək kollektivləri, ümumtəhsil, peşə, orta ixtisas təhsili müəssisələri və mədəniyyət ocaqlarında soyqırım günü ilə bağlı tədbirlər keçirilmiş,  kitab və rəsm sərgiləri təşkil olunmuşdur. Mart ayının 31-də rayonun bütün təhsil müəssisələrində ilk dərslər Azərbaycanlıların soyqırımı gününə həsr olunmuşdur.
Rayonda 31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq 31 mart 2017-ci il tarixdə Heydər  Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirildi.
Tədbirdə dinlənilən məruzə və çıxışlarda çar Rusiyasının süqutundan sonra bolşevik-daşnak dəstələri tərəfindən Bakı şəhəri və Azərbaycanın  digər  rayonlarında etnik təmizləmə əməliyyatlarının həyata keçirildiyi, bu əməliyyatlar nəticəsində minlərlə dinc insanların qətlə yetirildiyi qeyd edilmişdir.  Sovet dönəmində soyqırım hadisələri uzun illər unutdurulmaqla ört-basdır  edilsə də, dövlət müstəqilliyinin bərpasından sonra  xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 fevral tarixli Fərmanı ilə “31 Mart-Azərbaycanlıların Soyqırımı günü” kimi qeyd olunmağa başlandığı diqqətə çatdırılmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında  Ermənistanın Azərbaycana  qarşı  apardığı siyasətin, xalqımıza qarşı törədilən soyqırımı həqiqətlərinin real faktlar  və dəlillər əsasında  bütün dünyaya çatdırılması, xalqımız haqqında yanlış təsəvvürləri tamamilə dəyişməsi barədə geniş fikir mübadiləsi aparılmışdır.
Bundan əlavə 30 mart 2017-ci il tarixində Ağdaş rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımı günü” ilə əlaqədar rayonumuzda müxtəlif sahələrdə çalışan gənclərin iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilmişdir.

 

Keçidlər