Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Azərbaycan milli mətbuatının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.

22 iyul 2015 | 10:00

22 iyul 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan milli mətbuatının 140 illiyinə  həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları  əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin  xatirəsini ehtiramla  yad edərək   abidəsi önünə tər qərənfillər düzmüşlər.
Tədbirdə iştirak edənlər milli mətbuatın 140 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamların mühüm  əhəmiyyətini qeyd etməklə , Prezidentin  mətbuat  işçiləri  ilə görüşündə söylədiyi fikirlərin ölkədə böyük rezonans doğurduğunu dilə gətirərək, bu yanaşmanın bütövlükdə Azərbaycan  mediasına ölkə rəhbərliyinin böyük  inam və etibar nümayiş etdirməsinin  əyani sübutu olduğunu vurğulamışlar.
Çıxış edənlər Azərbaycan milli mətbuatının tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etməklə, bu ənənənin möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirildiyini bildirmiş, yerli “Ağdaş” qəzetinin  rayonun ictimai-siyasi və sosial-mədəni həyatında mühüm  rola malik  olduğunu diqqətə çatdırmışlar.
Tədbirin yekununda rayonun  mətbuat işçiləri və qocaman jurnalistlərin bir qrupu   rayon  icra hakimiyyəti tərəfindən mükafatlandırılmışdır.

Keçidlər