Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 1 iyun Uşaqları Beynəlxalq Müdafiə günü ilə bağlı tədbirlər keçirilib.

01 iyun 2015 | 10:00

01 iyun 2015 ci tarixdə 1 İyun Uşaqları Beynəlxalq Müdafiə günü ilə bağlı silsilə tədbirlər keçirilib.
Heydər  Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizdə uşaqların müdafiəsinin ən önəmli məsələ olduğu diqqətə çatdırılmaqla, Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin,  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara  göstərdiyi qayğıdan bəhs olunmuş, uşaqların sağlam gələcəyinin təminatı ilə bağlı yaradılan şərait və  həyata keçirilən layihələrdən söz açılmışdır.
Tədbirdə respublika və rayon əhəmiyyətli tədbirlərdə fərqlənən istedadlı uşaqların  bir qrupuna mükafatlar təqdim edilmişdir. Tədbir məktəblilərin ifasında nümayiş etdirilən  bədii proqramın  təqdimatı ilə yekunlaşmışdır.
Heydər parkında rayonun məktəbəqədər uşaq tərbiyə müəssisələrində ictimai tərbiyəyə cəlb edilən uşaqların  ifasında  şeirlər  söylənilmiş, uşaqlar parkın ərazisində fəaliyyət göstərən müxtəlif attraksionlardan istifadə etmiş, tədbir  park boyunca gəzinti ilə başa çatmışdır.

Keçidlər