Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd olundu

04 mart 2015 | 11:00

04 mart 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin  qarşısında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Tədbir iştirakçıları rayonda idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərlə bağlı videoçarxa tamaşa etmişlər.
Tədbirdə çıxış edənlər ölkəmizdə uğurlu idman siyasətinin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etməklə, bu siyasətin hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulamışlar. Qeyd edilmişdir ki,  möhtərəm Prezidentimiz cənab İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini daim diqqətdə saxlayır, respublikamızın idman nüfuzunun yüksəlməsinə çalışır. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, ölkədə idmanın kütləviləşməsinə xidmət edir. Çıxış edənlər bir daha idmançıları bu gün münasibətilə təbrik etmişlər.
Sonda bir qurp idmançılara və veteran məşqçilərə Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər