Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilmişdir.

12 dekabr 2014 | 11:00

Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq dekabr ayının əvvəlindən başlayaraq rayonda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Rayonun inzibati ərazi nümayəndəlikləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri Heydər Əliyev Mərkəzində keçirilən ədəbi-bədii tədbirlər, disputlarda Azərbaycan dövlətinin tarixi və taleyində misilsiz xidmətləri olan ulu öndərin  nurlu xatirəsi ehtiramla  yad edilmiş, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ictimai-siyasi, iqtisadi, sosial- mədəni həyatın bütün sahələrində dinamik inkişafa nail olunduğu qeyd edilmiş, rayon məscidlərində keçirilən dini mərasimlər zamanı  ruhuna dualar edilmişdir.
  12 dekabr 2014-cü il tarixdə rayon ictimaiyyətinin nümayəndələri,  məktəblilər, tələbələr, veteranlar, hüquq-mühafizə orqanlarının işçiləri, əmək kollektivlərinin üzvləri, bütövlükdə isə 15 min nəfərdən artıq rayon sakini ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini  dərin hörmətlə anmışlar.
   Sonra rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən filmə və foto stendlərə  tamaşa etmişdir. Burada ulu öndərin müqəddəs ruhunun anılması məqsədilə ehsan süfrəsi təşkil  edilmişdir. Həmin tədbirdə çıxış edən rayon fəalları müstəqil Azərbaycan dövlətinin sükanının bu gün də etibarlı əllərdə olmasını minnətdarlıq hissi ilə qeyd etmiş,  son 11 ildə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də  Ağdaşda görülən genişmiqyaslı abadlıq və quruculuq işlərindən, insanların sosial problemlərinin həlli istiqamətində atılan müdrik addımlardan, müstəqil Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan bəhs etmişlər.
    Gün ərzində Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmişdir.

Keçidlər