Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Rəfiq Zəka Xəndanın xatirəsi anılmışdır.

18 noyabr 2014 | 11:00

18 noyabr 2014-cü il tarixdə saat 11-00-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2014-cü il tarixli 722 nömrəli sərəncamının icrasına uyğun olaraq Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Rəfiq Zəka Xəndanın anadan olmasının 75 illiyinə həsr edilmiş dəyirmi masa keçirilmişdir.
Görkəmli ədibin  xatirəsinə həsr olunmuş tədbirdə söylənilən məruzə və çıxışlarda onun  yaradıcılığının  əsas məziyyətləri və şəxsi keyfiyyətləri barədə geniş  məlumat verilmiş, şairin  klassik ənənələrə sadiqliyi, Vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılığı yüksək  dəyərləndirilmiş, musiqi mədəniyyətimizin  inkişafındakı xidmətləri minnətdarlıq hissləri ilə xatırlanmışdır.
Tədbirdə şairin sözlərinə yazılmış məşhur bəstələrdən parçalar  səsləndirilmiş, tələbə və məktəblilərin ifasında   poetik dünyasının incilərindən  ibarət nümunələr  təqdim olunmuşdur

Keçidlər