Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda 05 oktyabr Beynəlxalq Müəllim günü münasibəti ilə geniş tədbir keçirilmişdir.

03 oktyabr 2014 | 10:00

3 oktyabr  2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər günü münasibəti ilə geniş tədbir keçirilmişdir. Tədbirdə rayonun təhsil müəssisələrində çalışan təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucalan abidəsini ziyarət edərək önünə tər güllər qoymuşlar. Sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında Beynəlxalq Müəllim günü münasibəti ilə tədbir keçirilmişdir.
Bayram tədbirini giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri Lütvü Paşayev  son illər ərzində rayonda təhsilin inkişafına göstərilən dövlət qayğısı nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsilin keyfiyyətinə mühüm təsir göstərdiyini qeyd etmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs etmiş, son 10 ildə  respublikamızda 2900-dən artıq məktəbin tikilib təmir edildiyini bildirmişdir.
Təhsilin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinə fəxri fərmanlar təqdim olunmuşdur.
Tədbir rayonun mədəniyyət kollektivlərinin ifasında konsert proqramı ilə başa çatmışdır.

 

Keçidlər