Şriftin ölçüsü :

Saytın rəngi :

24 sentyabr 2014-cü il Ağdaş rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon Ağsaqqalları və Gəncləri arasında görüş təşkil olunmuş və ardınca Ağsaqqallar arasında İdmanın Nərd növü üzrə rayon birinciliyi keçirilmişdir.

24 sentyabr 2014 | 10:00

24 sentyabr 2014-cü il Ağdaş rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon Ağsaqqalları və Gəncləri arasında görüş təşkil olunmuş və ardınca Ağsaqqallar arasında İdmanın Nərd növü üzrə rayon birinciliyi keçirilmişdir. Tədbirin açılış mərasimində Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuşdur. Sonra Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qalib Həsənov, Rayon Ağsaqqallar şurasının Sədri Rafiq Nəbiyev və digər rayon ağsaqqallarının çıxışlarından sonra nərd yarışına start verildi.Bir gün davam edən yarışda rəqiblərindən daha yüksək oyun nümaiş etdirərək
I - yer Məmmədov Məhəmməd (Şəhər)
II - yer Səfərov Sabir (Yenicə)
III - yer Səfərov Vilayət (Xosrov) ağsaqqalları layiq görülmüşdür.
Qalib gəlmiş rayon ağsaqqalları Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri ilə təltif olunmuşdur.

Keçidlər