Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Polis Günü qeyd edildi

03 iyul 2014 | 10:00

Ağdaşda İyulun 2-si Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummlili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir rayon Polis şöbəsində dəyirmi masa ətafında davam etdirilmişdir.
Tədbirdə çıxış edənlər  qeyd etdilər ki, Azərbaycan Polisi uzun, tarixi və şərəfli bir yol keçmiş və müstəqil dövlətimizin formalaşmasında, milli maraqlarının qorunmasında mühüm rol oynamışdır. Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olmuşdur.
Bu gün də Azərbaycan Prezidenti cənab İlham Əliyev polis işçilərinə xüsusi diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, Daxili İşlər Nazirliyinin maddi-texniki bazası gücləndirilib, polis əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.
Sonda bir qrup polis əməkdaşı fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

Keçidlər