Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda ideoloji maarifləndirmə konsepsiyasına uyğun tədbir keçirildi.

06 aprel 2022 | 11:00

Rayonun ən ucqar kəndlərindən biri olan Qaradeyin kəndində “İlham Əliyev və azərbaycançılıq” mövzusunda tədbir keçirilib.
Qaradeyin kənd tam orta məktəbində baş tutan tədbirdə qonşu Eymur və Ərəbşəki kəndlərinin nümayəndələri də iştirak edib.
Əvvəlcə mövzuya həsr olunan video sujetə baxış keçirilib.
Tədbirdə məktəbin direktoru, coğrafiya üzrə fəlsəfə doktoru Aqil İsayev məruzə ilə çıxış edib.
Təbliğat qrupu üzvlərinin çıxışlarında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsinin inkişafı istiqamətində görülən işlərin ölkədə uğurla davam etdirildiyi, həyata keçirilən tədbirlər nəticəsində dövlətimizin dünya reytinqində aparıcı yerlərdə dayandığı, ölkəmizin dünyada sülhə, tərəqqiyə və əmin-amanlığa böyük töhfə verdiyi məsələlər iştirakçıların diqqətinə çatdırılıb.

Keçidlər