Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Aprel şəhidi Ömər Cəbrayılovun xatirəsi yad edildi.

05 aprel 2022 | 11:00

5 aprel 2022-ci il tarixdə rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri tərəfindən Aprel döyüşlərində qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan rayonun Şəkili kəndindən olan Cəbrayılov Ömər Məzahir oğlunun məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuşdur.
Sonra şəhidin ailəsinə baş çəkilmiş, xatirəsi ehtiramla yad edilmişdir.
Görüş zamanı 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqəsinin azad edilməsindən, qazanılan tarixi qələbədən bəhs olunub. Bildirilib ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərməklə, böyük zəfərin başlanğıcı oldu.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıq hisslərini ifadə edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər