Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda dövlət qulluqçularının peşə bayramı qeyd olunmuşdur.

24 iyun 2014 | 10:00

Ağdaşda 23 iyun - dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummlili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu sahəsində görülən işlərdən danışmış, dövlət qulluqçularının peşə bayramının təsis edilməsi haqqında Sərəncamın əhəmiyyətini yüksək qiymətləndirmişlər. Xüsusi vurğulanmışdır ki, müasir dövlət qulluğu dövlət idarəetmə kadrlarının fəaliyyətindən ibarətdir. Dövlət qulluqçuları da ölkədə sabitliyi təmin edən və baş verən dəyişikliklərə uyğunlaşan çevik və səmərəli dövlət mexanizminin əsasını təşkil edirlər. Peşəkar kadrlar dövlət qulluğunun hərəkətverici qüvvəsidir.
Sonda dövlət qulluğu sahəsində çalışan bir qrup işçilərə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Ağdaş rayon komitəsi tərəfindən hədiyyələr təqdim olunmuşdur.

Keçidlər