Ümummilli liderimizin anadan olmasının 89-cu ildönümünü münasibətilə mayın 10-da rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Ulu öndərin abidə kompleksi önünə gül dəstələri qoyulmuş, Heydər Əliyev mərkəzi ziyarət olunmuşdur.
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 67-ci ildönümü münasibətilə Heydər Parkında təntənəli mərasim keçirilmişdir. Rayon İcra Hakimiyyəti Başçısı mərasimdə iştirak etmiş, veteranlarla birgə abidə kompleksi önünə gül qoymuş, onlarla xatirə şəkli çəkdirmiş və çay stolu arxasında söhbət etmişdir.
9 May 2012-ci il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı Heydər Əliyev parkında yeniyetmələrin VII ümumrayon spartakiadasının bağlanış mərasimi keçirilmişdir.
1 May 2012-ci il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı Ağdaş Olimpiya İdman Kompleksində yeniyetmələrin VII ümumrayon spartakiadasının açılış mərasimi keçirilmişdir.
2012-ci il aprelin 24-də Ağdaş rayon İcra Hakimiyyətinin iclas zalında Ağdaş rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın “2012-ci ilin birinci rübündə Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə dair hesabat yığıncağı keçirilmişdir.